Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Daşkəsəndə vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Daşkəsəndə vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Kərəm Həsənov 19 iyun 2015-ci il tarixində Daşkəsən  şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir. Bu barədə Azinforum.az-a sözügedən qurumdan məlumat verilib.

Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Daşkəsən Rayon İcra Hakimiyyətinin əvvəlki inzibati binasında keçiriləcəkdir.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected]  elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:

(02221) 5 52 90, (02226) 5 08 69, (02220) 5 23 75

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …

Bir cavab yazın