Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / ƏLİ İNSANOV QANUNSUZ HƏKİM FƏALİYYƏTİLƏ MƏŞĞUL OLMAQDA TƏQSİRLƏNDİRİLİR

ƏLİ İNSANOV QANUNSUZ HƏKİM FƏALİYYƏTİLƏ MƏŞĞUL OLMAQDA TƏQSİRLƏNDİRİLİR

 

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlanması barədə məlumat verilib. Onun vəkili Toğrul Babayev sözlərinə görə, ötən gecə Ə.İnsanovun vəkillərinə Qaradağ rayon Prokurorluğundan zəng edilərək məlumat verilib: “Hazırda sabiq nazirin cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsinin qarşısında gözləyirik. Lakin bizə Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işinin başlanılması barədə məlumat verilməyib. Prokurorluq əməkdaşları cəzaçəkmə müəssisəsinə daxil olsa da, bizə çöldə gözləmə ilə bağlı göstəriş verilib”.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Azinforum.az-a etibarlı mənbələrdən Əli İnsanova qarşı açılan cinayət işinin təfərrüatları məlum olub. Əli İnsanov cəzaçəkmə müəsissəsində qanunsuz həkim fəaliyyəti ilə məşğul olmaq və  xəstə məhkumlar üçün icazəsiz reseptlər yazmaqda təqsirləndirilir.

R.ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın