Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə ordusu Suriyaya girdi – İlk görüntülər yayıldı – VİDEO (YENİLƏNİB)

Türkiyə ordusu Suriyaya girdi – İlk görüntülər yayıldı – VİDEO (YENİLƏNİB)

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri və koalisiya aviasiyası Suriyanın Hələb mühafəzəsinin Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Türkiyə ordusu, koalisiyanın hava qüvvələri Suriyada Cerablsun İŞİD-dən təmizlənməsi üzrə hərbi əməliyyata başlayıb”, – deyə məlumatda bildirilir.
Agentlik rəsmi şəxslərə istinadən xəbər verir ki, əməliyyat Türkiyə sərhədlərinin terror qruplaşmalarından təmizlənməsi və Suriyanın ərazi bütövlüyünə dəstəyə yönəlib.
Həmçinin məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Cerablusda İŞİD-in mövqelərinə zərbələr endirib.

 

 
****
Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçulardan azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Həmçinin istinadən xəbər verilir ki, əməliyyat Türkiyənin sərhədlərini terrorçu qruplaşmaların təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün dəstəklənməsinə yönəlib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın