Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Cəmiyyət / Əli Həsənov son həbslərdən danışdı

Əli Həsənov son həbslərdən danışdı

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər bəzi iş adamlarının həbs olunmasına münasibət bildirib.

Report.az-ın məlumatına görə, Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı araşdırmalar aparılır: “Onların həbsi ilə bağlı Daxil İşlər Nazirliyi məlumat yayıb. Konkret maddələr üzrə bəzi iş adamları təqsirli bilinirlər. Yəni, bu əməllər üzrə ittiham olunurlar. Araşdırmalar, məhkəmələr bu adamların fəaliyyətinin Azərbaycanın qanunvericiliyinə uyğun olub-olmamasını üzə çıxaracaq. Azərbaycan prezidenti bəyan edib ki, iş adamlarını dəstəkləyirlər. İş adamlarından bircə tələb var ki, Azərbaycanın qanunlarına əməl etsinlər”.

Həmçinin oxuyun

Bakı Avropa Liseyində “Asiya ənənələri”… – İDDİA

Dərs ilinin başa çatması ilə məktəblərdə tətil dövrü başlansa da bir çox problemlər heç də …

Bir cavab yazın