Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Ələmdan Nəbiyev Azərbaycan diasporunun Rusiyadakı fəaliyyətindən danışdı

Ələmdan Nəbiyev Azərbaycan diasporunun Rusiyadakı fəaliyyətindən danışdı

Ələmdar Nəbiyev: “Hesab edirəm ki, Azərbaycan diasporunun son təşəbbüsü Dumanı atmaq istədiyi addımla bağlı düşünməyə vadar edəcək”
“Rusiyanın rəsmi dairələri balansı qorumaq üçün ermənipərəstlərin təklif etdiyi layihədən vaz keçməlidir”

Daim fürsət gözləyən ermənilər gərginləşən Türkiyə-Rusiya münasibətlərindən də maksimum mənfəətlə çıxmaq istəyir. Onlar bu istiqamətdə müxtəlif vasitələrə əl atır. Ənənəvi “silahları” isə qondarma soyqırım iddialarıdır. Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda deputatlar N.Leviçev və S.Mironov Rusiya Dövlət Dumasına “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər.
Buna cavab olaraq, Azərbaycanın Rusiyadakı diasporu Xocalı faciəsinin soyqırım kimi tanınması üçün Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib. Müraciətin müəllifləri Dövlət Dumasının sədrini Xocalıda törədilən kütləvi qətlləri soyqırım kimi tanımağa çağırıblar.
“Təəssüf ki, indiyədək Dövlət Duması Xocalı faciəsinin soyqırım kimi tanınması məsələsini müzakirə etməyib. Bu isə Rusiya azərbaycanlıları arasında və Azərbaycanda ciddi narazılığa səbəb olur”, – deyə müraciətdə bildirilir.
Azərbaycan diasporunun nümayəndələri qeyd ediblər ki, Mironovun təşəbbüsü rusiyalı siyasətçilərin məsələyə birtərəfli yanaşmasının göstəricisidir.
Rusiyadakı Azərbaycan diasporunun bu təşəbbüsü ermənilərin qondarma soyqırımla bağlı təklif etdiyi müzakirələri neytrallaşdıra bilərmi?
Rusiyadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən olan, uzun müddət Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Rusiya Nümayəndəliyinə rəhbərlik edən və hazırda BDM-in sədr müavini olan Ələmdar Nəbiyev açıqlamasında bildirdi ki, ermənilərin tərəfdarı olan deputatların Dumaya verdiyi təklif Rusiyadakı bütün azərbaycanlıları ciddi narahat etməyə başlayıb:

“Biz Rusiyada erməni böhtan və yalanlarının ifşası istiqamətində uzun illərdir çox fəal mübarizə aparırıq. Bizim nümayəndəlik yalnız müdafiədə olmayıb və mən bu taktikanı doğru saymıram. Yəni ermənilər nəsə edir və biz durub ona cavab veririk baxımından. Daim erməniləri gərginlikdə saxlayan hərəkətlər etmişik. Rusiyanın ən böyük vilayətlərinin qanunverici qurumlarına Xocalı ilə bağlı sənədlər verərək, onun müzakirəsini və soyqırım kimi tanınmasını tələb etmişik. Düzdür, Rusiyanın dövlət maraqları həmin iddialara baxılmasını tələb etmir. Bu o demək deyil ki, susmalıyıq. Təəssüflər olsun ki, bəzi dövlətlər ermənilərin qondarma soyqırım kartını Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir. Türkiyə ilə araları pisləşən kimi, həmin kartla şantaja keçirlər. Rusiyanın da hazırda istifadə etdiyi taktika ona bənzəyir. Belə layihənin gündəmə gətirilməsinin Azərbaycan-Rusiya münasibətlərinə aidiyyəti yoxdur. Rusiya bunu Türkiyəyə görə edir. Təbiidir ki, bizim diaspor da bu məsələdə sakit durmamalıdır. Çünki ermənilər bizim ümumi düşmənimizdir. Türkiyə ilə biz qardaş ölkələrik. Hesab edirəm ki, Azərbaycan diasporunun son təşəbbüsü Dumanı atmaq istədiyi addımla bağlı düşünməyə vadar edəcək. Rusiyanın rəsmi dairələri balansı qorumaq üçün ermənipərəstlərin təklif etdiyi layihədən vaz keçməlidir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …

Bir cavab yazın