Ana səhifə / Bölgələr / Azad olunan ərazilərdə daha 104 mina tapıldı

Azad olunan ərazilərdə daha 104 mina tapıldı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik statistikanı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, mayın 24-dən 29-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 14 mina və 75 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 783 989 m² (178 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …