Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Yeni icra başçısının qəbulunda qadın həbs edildi

Yeni icra başçısının qəbulunda qadın həbs edildi

Gədəbəy Rayon İcra Hakimiyyətində icra başçısı Orxan Mürsəlovun qəbulu zamanı insident baş verib.
“Gundelik-baku.com” “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəbuldan əvvəl yaranmış növbə zamanı rayonun Slavyanka kənd sakini, 1980-ci il təvəllüdlü T.Hümbətova ilə digər şikayətçilər arasında dava-dalaş olub.
T.Hümbətovaya qəbul sırasında şəhid ailələri və qazilərin öndə olduğu bildirilib. İttihama görə, o, səs-küy salaraq yarım saat müddətində icra hakimiyyətində normal iş ahəngini pozub. Qurumdakı mühafizə polisi əlavə naryad dəvət etdikdən sonra 42 yaşlı qadın saxlanılaraq Gədəbəy Rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan qadın protokolla birgə Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə bildirilib ki, T.Hümbətova əvvəllər də həbs həyatı yaşayıb və dəfələrlə İcra Hakimiyyətində qəbullarda iştirak edib. Məhkəmə ona 25 sutka həbs cəzası təyin edib.
Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov avqustun 11-də bu rayona icra başçısı təyin olunub.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …