Ana səhifə / Şou Biznes / “Əli Mirəliyev sənətə dərzilikdən gəlib”

“Əli Mirəliyev sənətə dərzilikdən gəlib”

Qonaq var” verilişinə qatılan Əməkdar artist Cavanşir Məmmədov həmkarı Əli Mirəliyev haqqında şok açıqlama verib.

“Yeni Sabah”a istinadla bildirir ki, Ə.Mirəliyevi Azərbaycan musiqi tarixinin parlaq bilicilərindən biri sayan Əməkdar artist onun ifa tərzinə heyran olduğunu bildirib.

C.Məmməov deyib ki, o, Ə.Mirəliyev son 50 ildə yazılan bütün mahnılarının bəstəkarının, ilk ifaçısının kim olduğunu bilir, hətta həmin mahnıların uzun illər ərzində kimlər tərəfindən ifa olunmağından da xəbərdardır: “Bu adamın enskilopedik musiqi biliyi var”.

Əməkdar artist həmkarı Ə.Mirəliyevin sənətə necə gəldiyini də açıqlayıb: “Əli müəllim cavan vaxtı dərzi işləyirdi. O, sənətə dərzilikdən gəlib. Mən bu sözləri deməklə onu aşağılamaq istəmirəm. Dərzilik incəlik və dəqiqlik tələb edən bir peşədir. Əli Mirəliyev bu incəliyi öz sənətində göstərə bilir”. 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …