Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Şamaxıdakı tarixi qala dağıla bilər – VİDEO

Şamaxıdakı tarixi qala dağıla bilər – VİDEO

Azərbaycanın dövlətçilik tarixində önəmli yeri olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından hesab edilən Şamaxıdakı Buğurd qalası dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. 12-15-ci əsrlərə aid Buğurd qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə yerləşir.

Buğurd qalasında 17-ci əsrə qədər yaşayış olub.

Qalada su-kanalizasiya sistemi, inzibati binalar, saraylar, məscidlər, su anbarları və hamamlar mövcud olub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şamaxı rayonu üzrə abidə mühafizəçisi Yasin Nuriyevin sözlərinə görə, Buğurd qalası qorunan abidələr siyahısındadır. Bu ərazidə 2 tarixi tikili invertarlaşdırılıb.

Yasin Nuriyev bildirib ki, hazırda ərazidə arxeoloji qazıntılar aparılır. Proses başa çatandan sonra abidələrin bərpası aparıla bilər.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …