Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Azərbaycanda insanlar istirahət üçün hansı ərazilərə axın edir? – VİDEO

Azərbaycanda insanlar istirahət üçün hansı ərazilərə axın edir? – VİDEO

Azərbaycanın dağlıq ərazilərinə səfər edənlərin sayı çoxalıb.

Həm havalar isti keçdiyindən, həm də karantin rejimi çərçivəsində müəyyən yumşaldılmalar tətbiq edildiyindən sərinləmək üçün dağlıq ərazilərə üz tutatnların sayı artıb.

Təbii bulaqlar, sıx meşələr insanların rahat istirahəti üçün əvəzolunmaz məkana çevrilib.

İnsanların istirahət məkanı kimi seçdiyi ərazilərdən biri də Tovuzun Əsrik dərəsidir. İnsanlar xüsusən həftəsonları bura üz tutaraq dincəlirlər.

Əraziyə gələn turistlərə təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı müəyyən tapşırıqlar verilir. Çünki isti havalarda adi bir məsuliyyətsizlik yanğına səbəb ola bilər.

İstirahət məkanlarında insanların əməl etməli olduğu qaydalarla bağlı lövhələr də yerləşdirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …