Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Şəmkirdə boşanmış ər evə od vurdu, 2 yaşlı uşaq diri-diri yandı

Şəmkirdə boşanmış ər evə od vurdu, 2 yaşlı uşaq diri-diri yandı

Şəmkirdə yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Ümumi sahəsi 30 kvadratmetr olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, evin bütün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.

Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib. Onun anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir rayon Sarıtəpə kəndində evdə baş verən yanğının təfərrüatı məlum olub.

Evi 5 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb.

M. Məsimova bildirib ki, gecə saat 01.00 radələrində E. Məsomov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.

Qeyd edək ki, yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M. Məsimovanın bədəninin 70 faizi yanıb.

Faktla bağlı araşdırma aparılır.APA

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …