Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Xanım ofisianta bəxşiş olaraq avtomobil hədiyyə etdilər

Xanım ofisianta bəxşiş olaraq avtomobil hədiyyə etdilər

Ofisianta bəxşiş olaraq avtomobil hədiyyə etdilər.

ABŞ-ın Arkansas əyalətində uzun illərdir ki, eyni restorana gedən bir cütlük ofisianta bəxşiş olaraq avtomobil hədiyyə edib.  
Belə ki, David və Şeila Harrison cütlüyü Meksika restoranında işləyən və həmişə onlara gülərüzlə yüksək xidmət göstərən Marie Elena Barraqana 2019-cu il model avtomobil hədiyyə ediblər. Ailəyə 13 ildir xidmət etdiyini deyən Barraqan mediaya açıqlamasında avtomobili bəxşiş olaraq deyil, hədiyyə olaraq qəbul etdiyini bildirib:
“Məni bir masaya dəvət etdilər. İlk öncə başıma bir şey gəldiyini düşündüm, çünki müdirim ciddi bir adamdır. Masa arxasında əyləşdikdən sonra mənə təşəkkür etmək istədiklərini və onlar üçün özəl olduğumu deyib, bir hədiyyə vermək istədiklərini bildirdilər. Sonra da avtomobilin açarlarını mənə hədiyyə etdilər. Onlara hədiyyəni qəbul edə bilməyəcəyimi desəm də, onlar bildirdilər ki, bu Allah tərəfindən sənin qismətindir”.  Moderator.az

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …