Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Qarabağ və Şərqi Zəngəzurda 100 mindən çox insan yaşayacaq – Video

Qarabağ və Şərqi Zəngəzurda 100 mindən çox insan yaşayacaq – Video

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlər sırasındadır.

Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Prezident İlham Əliyev də bunu mütəmadi olaraq çıxışlarında bildirib.

Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına, elcə də həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsinə əlverişli şərait yaradır.

Hazırda da işğaldan azad olunmuş ərazilərdə tikinti və quruculuq işləri sürətlə davam etdirilir.

Dövlət başçısı artıq 29 yaşayış məntəqəsinin təməlini qoyub. Azad olunmuş ərazilərin bərpasına gələn ilin dövlət büdcəsində də kifayət qədər vəsait nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …