Cümə axşamı , May 9 2024
Ana səhifə / Sosial / “MİDA yeni onlayn satış elan edib, amma…”

“MİDA yeni onlayn satış elan edib, amma…”

Məlum olduğu kimi MİDA güzəştli mənzil satışı ilə bağlı növbəti elan verib. Belə ki, 16 dekabr tarixdə saat 11-də 432 mənzil onlayn satışa çıxarılacaq.

Bəs MİDA-nın budəfəki mənzil satışı ilə bağlı hansı gözləntilər var?

Məsələ ilə bağlı İT mütəxəssisi Osman Gündüz bunları qeyd edib: “Maraqlıdır ki, MİDA bu dəfə “Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi və yeniliklər barədə hansısa bir açıqlama verməyib.

Xatırlayıram ki, ötən satışda ciddi sistem və kiber problemlər olmasa da, iştirakçılar tərəfindən mənzil seçimi prosesində donmaların olması, CAPTCHA problemlərinin olması haqqında xeyli sayda məlumatlar verilmişdi. MİDA ötən satışda baş verən narazılıqlar barədə cəmiyyətə ağlabatan bir açıqlama verməsə də, fərdi qaydada bütün müraciətlərin cavablandırıldığı bildirilirdi.

Osman Gündüz: “Ölkədə haqsız rəqabəti Trendyol yaradırmış...” Pravda.az

 Osman Gündüz 

Ümid edirəm növbəti onlayn satış gününədək MİDA şəffaflığın gücləndirilməsi və ədalətli seçimlə bağlı, sistemin yenilənməsi ilə bağlı , süni seçimlərin qarşısının alınması ilə bağlı görülən tədbirlər haqqında ictimai əhəmiyyət kəsb edən məlumatları da açıqlayacaq.

Dəfələrlə təkliflər verilib ki, mövcud satış prosesində İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan alternativ güzəştli mənzil satışı üsulu da tətbiq edilsin. Lakin belə görünür ki, hökumət hələlik insan amilinin rolu az olan, insan amilinə söykənən korrupsiya risklərini nəzərə alaraq onlayn satışa üstünlük verir”.

Mütəxəssisin fikrincə, mövcud sistemin təkmilləşdirilməsi, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə yanaşı, alternativ satış üsulunun üzərində işləmək də doğru olardı.

“Xeyli müddətdir MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən də istifadə etmir. Güman etmək olar ki, kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı yeni ictimai münasibətlər formalaşdığından bu məsələlərə XRİTDX və DTX nəzarət edir”, – deyə Osman Gündüz bildirib. “Yeni Müsavat”

Həmçinin oxuyun

Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı (VİDEO)

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”. Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi …