Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / İran Naxçıvana yeni Baş konsul təyin etdi – Foto

İran Naxçıvana yeni Baş konsul təyin etdi – Foto

İran Naxçıvana yeni Baş konsul təyin edib.

Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub.

O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib.

Qeyd edək ki, yeni Baş konsul Təbrizdə Şərqi Azərbaycan valisi ilə görüşüb.

Əziz Mənsuri görüşdə Naxçıvan Muxtar Respublikası ilə münasibətlərə toxunaraq İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Vali də öz növbəsində İran-Azərbaycan münasibətlərində Naxçıvanın önəmini vurğulayıb. APA

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …