Ana səhifə / Sosial / Şəhriyar qəsəbəsində iki min nəfər susuz qalıb – VİDEO

Şəhriyar qəsəbəsində iki min nəfər susuz qalıb – VİDEO

Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb.

Sakinlər yay-qış su daşımaq məcburiyyətindədir.

Onların sözlərinə görə, bir neçə ildir ki, bulaqların suyu quruyub.

Ona görə də qəsəbə sakinləri suya olan tələbatlarını yaşadıqları məhəllədən çox uzaqda yerləşən bulaqlar vasitəsilə təmin edirlər.

Məsələ ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Regional Su kanal İdarəsinin İstehsalat şöbəsinin rəisi Rufət Qurbanov bildirib ki, Şəhriyar qəsəbəsinin təchizatı və kanalizasiya şəbəkəsinin layihəsi hazırlanıb və adiyyəti qurumlara təqdim olunub. Layihənin gələn ilin dövlət  proqramına salınması nəzərdə tutulub.

Daha ətraflı süjetdə:
 

Həmçinin oxuyun

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır?

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən …