Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / İcra başçısı PKK-nı dəstəkləyən sabiq məmuru həbs etdirdi

İcra başçısı PKK-nı dəstəkləyən sabiq məmuru həbs etdirdi

2017-ci ildə “Kürd referendumunu dəstəkləməklə” gündəmə gələn Laçın Rayon İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin sabiq müdiri Fizuli Tanrıverdiyev həbs edilib.

Unikal.org-un məlumatına görə, Laçın rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli Fizuli Tanrıverdiyev barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə F.Tarverdiyev barəsində iki illik həbs qətiimkan tədbiri seçilib.

Xatırladaq ki, 2017-ci ilin noyabr ayında F.Tanrıverdiyev “Facebook” səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini yazıb. Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşan sabiq məmur ona öz simpatiyasını gizlətməmişdi.


Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …