Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / ƏDALƏT MURADOVUN MONOQRAFİYASINDAKI CAVABSIZ SUALLAR
????????????????????????????????????

ƏDALƏT MURADOVUN MONOQRAFİYASINDAKI CAVABSIZ SUALLAR

Rektorun “Мировое хозяйство и переходная экономика” monoqrafiyasının üz qabığında 1998-ci ildə yazıldığı əks olunub, titul vərəqində isə 1997-ci ildə…

Xəbər verdiyimiz kimi, “Təzadlar”ın Araşdırma Qrupu KİV sorğusunu cavablandırmadıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun doktorluq və namizədlik dissertasiyası, eləcə də monoqrafiya müəmmasına aydınlıq gətirdi.

Belə ki, qəzetin iki əməkdaşı bu günlərdə Ukraynaya ezam olundular. Onlar Ə.Muradovun 1998-ci ildə müdafiə etdiyi, lakin Azərbaycanda bütün mənbələrdə yoxa çıxmış doktorluq dissertasiyasının müdafiə edildiyi Kiyev Milli Dövlət Universitetində olaraq həmin dissertasiyanı və monoqrafiyanı əldə etdilər, Azərbaycana gətirdilər. Hazırda rektorun yenə də Azərbaycanda tapılmayan namizədlik dissertasiyasının tapılıb gənc iqtisadçı alimlərin ixtiyarına verilməsi üçün əlimizdən gələni edirik…

Bəs görəsən Ədalət Muradovun namizədlik və doktorluq dissertasiyaları Azərbaycan Prezidenti yanında AAK-da niyə yoxdur?

AAK-ın mövzud “Əsasnaməsi”nə görə, xarici ölkələrdə müdafiə edilmiş dissertasiyaların Azərbaycanda tanıdılması Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında nastrifikasiya olunur, yəni tanıdılır. Bu zaman isə nastrifikasiya olunacaq dissertasiya işi AAK-a təqdim edilməlidir. Konkret halda isə, rektor Ədalət Muradovun doktorluq dissertasiyası 2014-cü ildə (müdafiə ediləndən 16 il sonra, qaydaya görə isə 10 il ərzində nastrifikasiya edilmirsə, həmin dissertasiya işi yenidən müdafiə edilməlidir) AAK-da nastrifikasiya edilib. Deməli, bu zaman onun həm namizədlik, həm də doktorluq dissertasiyaları, eləcə də bu dissertasiya üzrə kitabı və monoqrafiyası AAK-a təqdim edilməli idi. Və mövcud qaydalara görə, nastrifikasiya olunmuş (yaxud, doktorluq, namizədlik diplomu almış dissertasiya işləri) dissertasiyalar kütləviləşdirilməsi üçün Mərkəzi Kitabxanaya verilir. Maraqlıdır ki, Ə.Muradovun bu dissertasiyaları və monoqrafiyası, dərsliyi… Azərbaycanın keç bir elmi mərkəzində, kitabxanada yoxdur. Çünki olsaydı, ən azından internet resurslarında adına belə rast gəlinərdi. Əməkdaşlarımızın Mərkəzi Kitabxanadakı axtarışları da bəhrə verməyib. Bu barədə növbəti araşdırma yazılarda.
Biz hələ onu demirik ki, Ə.Muradovun Vikipediyadakı tərcümeyi halında onun namizədlik dissertasiyasının adı və müdafiə edildiyi tarix qeyd edilsə də, onun ADİU-nun rəsmi saytındakı tərcümeyi halında bu məlumat silinib.

Bəs “Мировое хозяйство и переходная экономика” monoqrafiyasındakı müəmma nədən ibarətdir?

Qeyd edək ki, nəşr olunan hər bir kitabın titul səhifsində müəllifin adı və soyadı, kitabın adı, nəşr olunduğu şəhər və il, titul səhifsinin arxa üzündə isə müəlifin adı və soyadı, kitabın adı, nəşr olunduğu şəhər, nəşr olunduğu mətbəənin adı, nəşr olunduğu il və kitabın həcmi, həmçinin rəyçilərin adı və soyadı, anotasiya və digər məlumatlar verilir. Qaydaya görə, Ə.Muradovun “Мировое хозяйство и переходная экономика” monoqrafiyasının titul səhifsində və bu səhifənin arxa üzündə göstərilən məlumatlar eyni olmalıdır. Ə.Muradovun “Мировое хозяйство и переходная экономика” kitabının titul səhifəsində isə onun nəşr olunduğu il 1998-ci il, titul səhifsinin arxa üzündə isə 1997-ci il göstərilmişdir. Görəsən bunlardan hansı düzdür (Hər halda, müəlliflik hüququnun kimlərə məxsus olduğunu göstərən hissədə 1997-ci il yazılması kitabın 1998-ci ildə deyil, 1997-ci ildə çap edildiyini təsdiq edir)? (Fotolar müqayisəli təqdim edilir).
Ə. Muradov rektor təyin edildikdən sonra ADİU-nun saytında yerləşdirdiyi tərcümeyi-halında bir monoqrafiyasının və bir dərsliyinin olduğunu da yazdığından biz Kiyev şəhərində ezamiyyətdə olarkən onun monqrafiyasını da axtarmağa başladıq və V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında Ə.Muradovun eyni adlı kitabını tapdıq. (VA582247Muradov, A. D..). “Мировое хозяйство и переходная экономика [Текст] / А. Д. Мурадов. – К. : Полиграф-СКВ, 1998. – 170 с.)”.
Göründüyü kimi, bu kitab əvvəlki kitabdan yalnız onun adında “tekst” sözünün olması ilə fərqlənir. Təssüflər olsun ki, vaxt imkanı məhdud olduğundan ezamiyyə vaxtı kitabxanada bu kitabı tapa bilmədik və buna görə də onların arasındakı fərqi və Ə. Muradovun qeyd edilən kitablarından hansının monqrafiya, hansının dərsllik olduğunu müəyyənləşdirə bilmədik. Amma yaxın günlərdə yenidən Kiyevə ezam olunma zərurəti yaranıb… Bu barədə sonra bəhs ediləcək.
Hələlik isə deyək ki, əvvəllər nəşr olunmuş kitabın növbəti nəşri olmadığı halda, eyni adla iki kitab cap etdirmək düzgün deyildir, bu yolverilməzdir. Hər iki kitabın həcminin 170 səhifə olması isə onların müxtəlif illərdə çap olunmuş eyni kitab olduğunu göstərir. Deməli, Ə.Muradov bir kitabını iki kitab kimi göstərmişdir.
Ə.Muradovun bu barədə fərqli mövqeyi və əsaslandırılmış izahı olarsa, dərc etməyə hazırıq.

“Təzadlar”ın Araşdırma Qrupu

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …