Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Göyçayda insanların həyatı üçün təhlükəli hadisə – FOTO

Göyçayda insanların həyatı üçün təhlükəli hadisə – FOTO

Göyçayda insanların həyatına təhlükə yarada biləcək hadisə baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, ağacın budağı insanların hərəkət etdiyi yola düşüb.

Nəriman Nərimanov küçəsində böyük çinar ağacının budağı gözlənilmədən qoparaq piyadaların hərəkət etdiyi səkiyə düşüb. Zərbə nəticəsində ağacın budağı hissələrə bölünüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən ay oxşar hadisə səbəbindən Göyçayda gənc ölüb.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …