Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bakıda 27 nəfərin xəsarət aldığı dəhşətli qəzadan görüntülər – VİDEO

Bakıda 27 nəfərin xəsarət aldığı dəhşətli qəzadan görüntülər – VİDEO

Bakıda 27 nəfərin xəsarət aldığı dəhşətli qəza ilə bağlı video yayılıb. 

Qeyd edək ki, hadisə aeroport yolunda, “Buta Palace” yaxınlığında baş verib. Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb. Nəticədə 27 nəfər xəsarət alıb.

Üç saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov bildirib ki, qəzadan sonra xəstəxanaya 27 yaralı gətirilib. Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü uşaqlar, 24-ü böyüklərdir. Xəsarət alanlardan 17-i evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə edilir. 


Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …