Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Dağ kəndlərinə təbii qaz çəkilir – FOTO/VİDEO

Dağ kəndlərinə təbii qaz çəkilir – FOTO/VİDEO

Daşkəsən rayonunun Quşçu, Quşçu Körpüsü və Daşkəsən qəsəbəsi adlı yaşayış məntəqələrinə təbii qaz çəkilir.

Üç məntəqədə ümumən 268 abonent mavi yanacaqla təmin olunacaq.

Dövlət vəsaiti hesabına görülən işlər “Azəriqaz” İstehsalat Birliyinin tapşırığı əsasında aparılır.

Ümumi uzunluğu 17 kilometr olan müxtəlif diametrli qaz boruları çəkilib. İyundan başlanan işlərin artıq 80 faizi görülüb. Xətlərin quraşdırılmasından sonra bütün abonentlər müasir tipli sayğaclarla da təmin olunacaq. İşlər avqust ayının sonuna kimi yekunlaşacaq.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …