Ana səhifə / Siyasət / “Müsavat Partiyasının arayış vә vәsiqәlәrinә aldanıb, Avropaya siyasi mühacirәtә gәlmәyin!” – Fotolar

“Müsavat Partiyasının arayış vә vәsiqәlәrinә aldanıb, Avropaya siyasi mühacirәtә gәlmәyin!” – Fotolar

Hazırda Almaniyada yaşayan müstəqil jurnalist Yafəs Həsənovun Müsavat Partiyası tərəfindən verilən arayış və vəsiqələrlə bağlı iddiaları davam edir.

Jurnalist bununla bağlı son statusunda bir çox detalları açıqlayıb. Y.Həsənov öncə hər kəsə tövsiyyə edib ki, Müsavat Partiyasının arayış vә vәsiqәlәrinә aldanıb, Avropaya siyasi mühacirәtә gәlmәsinlər. Ardınca isə bu məsləhətini əsaslandıran məqamlara toxunub: “Hәmin arayışlarda yazılanlara artıq Avropanın miqrasiya idarәlәri demәk olar ki, inanmır. Bu ilin mart ayından etibarәn yüzlәrlә müsavat arayışı tәqdim edәn mühacirlәrә arayışda yazılan mәlumatların yalan olduğu haqda bildirişlәr göndәrilib, ardınca da neqativ qәrar. Yәni, deportasiya qәrarı.

Hәmin arayışlar saxta olmasa da (Arif Hacılı yaxud Gülağa Aslanlının hәqiqi imzasıyla), miqrasiya idarәlәri arayışın içәrisindә yazılan mәlumatları hәqiqәtә uyğun olmayan, saxta kimi dәyәndirir. Almaniya miqrasiya idarәsinin müsavatçılardan birinә göndәrdiyi bu bildirişlәrdәn birini aşağıda paylaşacam. Belә bildirişlәrdәn mәndә xeylisi var. Tәrcümә elәmәk üçün mәnә göndәrdiklәridi. Aşağıda paylaşdığımı isә sәnәd sahibinin öz xahişi vә razılığı ilә ictimailәşdirirәm”.

Fotoğraf açıklaması yok.


Y.Həsənov qeyd edib ki, Avropanın bu arayışlara inanmamasının başqa bir səbəbi də Müsavat partiyası rәhbәrliyinin hәr il yüzlәrlә şәxsә içәrisindә yalanla dolu informasiya olan arayışlar verib, Avropaya mühacirә yola salmasıdır:“Arayışların mәtni tәxminәn belә olur: “Müsavat Partiyasının aktiv üzvü olub, polis tәzyiqinә mәruz qalıb, dәfәlәrlә hәbs olunub, işgәncәlәrә mәruz qalıb, Azәrbaycana geri qaytarılsa, yenidәn hәbs olunacaq”.

Proses belә baş verir: Mühacirәtә getmәk istәyәn şәxs tapılır, yaxud özü gәlib bunları tapır. O, mühacirәtdәn bir neçә ay әvvәl partiyaya üzv qәbul olunur, bu müddәt әrzindә partiya rәhbәrliyindәki lazım olan şәxslәrlә hәr hansı yığıncaqda yanaşı şәkil çәkdirir, daha sonra arayışını vә vәsiqәsini dә alıb yoluna davam edir. Bәzәn olur ki, şәxs Avropaya mühacirәtә gәldikdәn sonra partiya onu üzv qәbul edir, daha sonra arayış vә vәsiqә ilә tәmin edir. “Özünü yaxşı aparan” potensial mühacirәtçilәr dә var ki, onların qәbul tarixi üçün arxivә dә әl gәzdirmәk mümkündü. Bir dә baxırsan birisi Avropada peyda oldu, vәsiqәsin gösәrәrәk deyir ki, 5 ildir müsavatçıyam. Ancaq, partiya bileti vә arayışı verәnlәrdәn başqa partiyada heç kim tanımır onları”.

Jurnalist iddia edir ki, bu proses uzun illərdir davam edir və son vaxtlar hәddini aşdığından miqrasiya idarәlәri şübhәlәnib. “Axı, Azәrbaycan kimi cırtdan ölkәdә bir partiyada nә qәdәr tәqiblә üzlәşәn üzv ola bilәr?” deyə sual edən Y.Həsənovun yazdığına görə, üstәlik bu partiya son illәr hakimiyyәtә qarşı loyaldı, elә dә ciddi mübarizә aparmır və o baxımdan üzvlәrin çoxunun hәqiqәtәn repressiyaya mәruz qala bilәcəyi inandırıcı deyil: “Arayışlardakı mәlumatları şübhәli edәn mәqamlardan biri isә çox maraqlıdı. Dindirilmә zamanı arayış tәqdim edәn şәxslәr çox vaxt partiya ilә bağlı elementar suallara cavab verә bilmirlәr. Bәzәn olub ki, Müsavat başqanının adını soruşanda Qüdrәt Hәsәnquliyev, hәtta Hafiz Hacıyev deyәnlәr olub. Әn yaxşı halda Gülağa Aslanlı deyәn dә var. Çünki, arayışların çoxu onun imzasıyla verilir deyә, elә bilirlәr başqan da odur. Bu arayışlarla mühacirәtә gәlәnlәr arasında hәqiqi, tәzyiqlә üzlәşәn müsavatçılar da var. Onların sayı çox azdı. Bu arayışların cәmi 5-7 faizi haqq edәnlәrә verilәnlәrdi. Buna baxmayaraq, Müsavat arsyışlarına ucdantutma inamsızlıq onlara da şamil edilir. Qurunun oduna yaş da yanır. Bu cür hallar da çox olur ki, 10 illәrdi müsavat üzvü olan, hәqiqәtәn tәzyiq vә tәqiblәrә mәruz qalan şәxslәrә Partiya rәhbәrliyi arayış vermәkdәn imtina edir. Buna misal olaraq Şamil Beydullayev, Ehtiram Әsgәrli vә 10-larla başqasını misal çәkmәk olar. Onsuz da bu şәxslәrin çoxu arayışsız siyasi status ala biliblәr. Ancaq niyә halal arayışların ala bilmәyiblәr, partiya rәhbәrliyi cavab versin. Arayış saylarının şişmәsini istәmәyiblәr?”

Y.Həsənov eyni zamanda sual edib ki, sırf mühacirәtә göndәrilmәk üçün 2-3 ay öncә partiyaya qәbul olunanlara arayışın dәrhal verilməsi, 5-25 ilin müsavatçısının isə arayışı ala bilməməsində hansı maraq var: “Aşağıda paylaşdığım qәrar 29 ildir Müsavat partiyasının üzvü olan Hikmet Kazimliya göndәrilib. O alman miqrasiya idarәsinә Müsavat Partiyası İcra aparatının rәhbәri Gülağa Aslanlı tәrәfindәn 2015-ci ildә imzalanan arayış, İsa Qәmbәrin imzasıyla vәsiqә tәqdim edib. Miqrasiya idarәsi vәsiqәnin saxta, arayışın içәrisindә yazılanları isә hәqiqәtә uyğun olmayan hesab edib. Gülağa Aslanlı 2019-cu ildә yenidәn bir arayış yazıb miqrasiya idarәsinә göndәrmәsinә baxmayaraq, bu dәfә dә onun yazdıqlarına inanmayıblar. Qәrarın yanında Hikmәt bәyә Müsavat tәrәfindәn verilәn arayışılar vә vәsiqәni dә paylaşıram. Buyurun, baxın”.

Görüntünün olası içeriği: yazı
Fotoğraf açıklaması yok.

Jurnalist ictimaiyyətə müraciət edərək, onlara pullarını havayı yerə xərcləyib, bu cür arayışlar almağa cəhd etməməyi məsləhət görüb: “Pul deyәndә әn azından arayış almaq üçün partiya qәrargahına gedib-gәlmәk üçün xәrclәdiyiniz yol pulunu nәzәrdә tuturam. Başqa, böyük xәrclәr dә mümkündür. Onsuz da bu arayışlara inanmayacaqlar vә siz geri qaytarılacaqsınız. Mәnasız kağızlar üçün xәrclәdiyiniz pullarla әn az 3-4 ay ailәnizi dolandıra bilәrsiniz. Әgәr 25-30 ilin müsavatçıları bu arayışlarla status ala bilmirlәrsә, siz necә alacaqsız?

Artıq Avropada Azәrbaycandan gәtirilәn tәqib vә tәzyiqi “sübut” edәn saxta polis sәnәdlәrinә vә Müsavat arayışlarına münasibәtdә demәk olar ki heç bir fәrq qoyulmur. Hәr ikisi “haqq edilmәyәn siyasi mühacirlik almağa cәhd”dә yardımçı vasitә kimi dәyәrlәndirilir. Ümumiyyәtlә, mәslәhәtim budur ki, hәyatınıza hәqiqәtәn, 100 faizlik tәhlükә yoxdursa, siyasi mühacir adı ilә Avropaya gәlmәyin. Bir müddәt kamplarda saxladıqdan sonra geri göndәrәcәklәr. Avropada yaşamaq hüququ almağın başqa yolları da var. Mәsәlәn, Almaniya bu yaxınlarda qanun qәbul etdi ki, alman dilini B2 sәviyyәsindә bilәn, ixtisaslı xarici vәtәndaşlar gәlib burada işlәmәk vә yaşamaq icazәsi ala bilәr. Almancanı öyrәnib bu yolu sınaqdan keçirmәk daha faydalıdır, mәncә”.

Musavat.com Y.Həsənovun iddiaları ilə bağlı Müsavat Partiyası rəhbərliyinin mövqeyini dərc etməyə hazırdır.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, yakın çekim

Yafəs Həsənov

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …