Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / Zorakılıqla öldürülən sürücünün qatilləri tutuldu – VİDEO

Zorakılıqla öldürülən sürücünün qatilləri tutuldu – VİDEO

Ağstafa Qaz İstismarı Sahəsində sürücü işləyən şəxsi öldürənlər tutulub.
ARB TV xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri – Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində saxlanılıblar.
Xatırladaq ki, Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti noyabrın 13-də Ağstafa sakini Samir Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildə xəstəxanaya gətirilmişdi.
Faktla bağlı araşdırmalar davam edir.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın