Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / BSU-nu digər universitetlərdən fərqləndirən cəhət nədir?

BSU-nu digər universitetlərdən fərqləndirən cəhət nədir?

Azərbaycandakı ali təhsil müəssisələri içərisində Bakı Slavyan Universiteti özünün geniş beynəlxalq əlaqələri ilə fərqlənir. Universitetdə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün unikal sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır.
Universitetin bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır.
Bu gün Bakı Slavyan Universiteti unikal elmi, təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının mənəvi dəyərlərini tədqiq edir. Burda Rus və digər slavyan dilləri və ədəbiyyatı sahəsində ciddi tədqiqatlar aparılır.
Bəs Bakı Slavyan Universitetini digər universitetlərdən fərqləndirən cəhət nədir?
Sualımızı BSU-da oxuyan tələbələrə və universiteti bitirmiş məzunlara ünvanladıq:
BSU Tərcümə fakültəsinin 4-cü kurs tələbəsi Əlibala Əlizadə: Düzü mən deyərdim ki, ən əsas bəyəndiyim xüsusiyyət tələbəyə şəxsiyyət kimi hörmət göstərilməsi və yanaşılmasıdır. İkinci isə, ölkənin heç bir universitetlərində tədris olunmayan spesifik ixtisasların mövcudluğudur. Biri də mən oxuduğum yunan dili ixtisasıdır.
BSU Jurnlaistika fakültəsinin 4-cü kurs tələbəsi Həmid Məcidli: Əvvəlcə BSU-nun jurnalistika fakültəsinin başqa Universitetlərin jurnalistika fakültəsindən fərqi ondadadır ki, hər şeyin daha obyektiv olması və qayda-qanulara hörmətidir. Dərslər daha yüksək səviyyədə keçirilir. Dərs keçən müəllimlər öz təcrübəsi ilə fərqlənir.Tələbələrlə müəllim arasında münasibətlər çox səmimi münasibətlərdir ki, buda tələbənin özünü dərslərdə daha rahat hiss etməsini təmin edir. Dərs seminarlarında nəzəriyyə ilə yanaşı, praktikaya daha çox üstünlük verilir, bu da gələcək üçün savadlı jurnalistlərin formalaşmasına zəmin yaradır.
BSU Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Ələkbər Mirzəyev: BSU hazırda daha da inkişafdadır. Həm multikuktralizmi özündə əks etdirən , həm də təhsili interaktiv tədris edən Ali təhsil müəssisidir. Universiteti fərqləndirən cəhətlərdən biri də tələbələrin istəkləri, layihələri hər zaman dinlənilir və onu həyata keçirtməyə dəstək olurlar. Bu gün Slavyan universitetinin yeni rektoru Nurlana Əliyeva yüksək tədbirlər keçirərək , uğurlara imza atır və tələbələrini hər aspektdə inkişaf etdirir. Qısa məlumat olaraq fəaliyyət göstərən klublar vardır ki, tələbələr həmin klublarda fəaliyyət göstərirlər. Bunlara misal olaraq Psixologiya klubu , Tələbə Teatr klubu , Vətənpərvərlər , Ekolife klubu, Diplomatlar klubu və digər bu sıraya aid oluna biləcək müxtəlif elm sahələrini özündə əks etdirən təşkilatlar vardır.
BSU Filologiya fakültəsinin məzunu İlkin Həmidli: Birincisi tələbə müəllim münasibətləri BSU-da tamamilə digər universitetlərdən fərqli şəkildə qurulub. Əlbəttə ki xoş münasibətdən söhbət gedir. İkincisi isə, telebe burada dərslərdən əlavə ictimai işlərdə çox yaxından iştirak edə bilir. Və bu rəhbərlik səviyyəsində həqiqi mənada dəstəklənir.
BSU Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Mehman Nəbiyev: Bakı Slavyan Universitetinin mənim nəzərimdə ən böyük müsbət cəhəti,sevmədiyin bir ixtisası sənə sevdirməyə qadir olmasıdır. Savadlı müəllim heyəti tələbələrin öz ixtisaslarına marağını artırmağa çalışır, onları ruhlandırır. Və universitetimizin fəxri doktorlarına nəzər salsaq,digər ali təhsil müəssisələrindən fərqini aydın şəkildə görərik.
BSU Jurnalsitika fakültəsinin 4-cü kurs tələbəsi Nəcəf Kazımov: BSU-nu digər universitetlərdən fərqləndirəcək çox xüsusiyyət sadalamaq olar. Bunlardan önəmlisi isə rektordan müəllim kollektivinədək tələbələrə olan isti münasibəti, onlarla yaxından maraqlanmağını qeyd etmək olar. Xəlifə günü isə hər kəsə bəllidir ki, BSU-nu digər universitetlərdən fərqləndirir. Tehsil aldığım fakültə müəllimləri digər universitetlərin jurnalistika fakültəsindən fərqli olaraq praktiki savadı olan müəllimlərdiki bu da tələbələrə jurnalistikanı daha yaxından öyrənmək imkanı verir.
BSU Beynəlxalq Münasibətlər fakültəsinin 4-cü kurs tələbəsi Cavid Hüseynli:. BSU-da “Xəlifə günü” adlı xüsusi gün var ki, bu yarış tələbələrdə idarəetmə bacarığını formalaşdırır. Tələbələrdə təşkilati bacarıqlar yaratmağa yardım edir. Bir günlük də olsa tələbələr rəhbərlik postunda olurlar. Bu günün bu ildə keçirilməsi məncə hər bir tələbəni sevindirir.
BSU Azərbaycan filologiyası və Jurnalistika fakültəsi Əfsanə Ağayeva: Aktiv tələbə həyatı deyərdim,tələbələrlə rəhbərlik arasında asan əlaqə qurmaq olur,rəhbərliyin birbaşa tələbələrlə işləməsi ve tələbə azadlığı var.
BSU Filologiya fakültəsinin 1-ci kurs tələbəsi Kamilə Xuduzadə: Bakı Slavyan Universitetini digər universitetlərdən fərqləndirən xüsusiyyəti məncə tələbələrin iradlarının,arzularının şikayətlərinin diqqətə alınmasıdır.Tələbələrin xeyrinə hər zaman müsbət addımlar atılmağa çalışılır.
Elşən Yəhyayev

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın