Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Yolda qalan sərnişinlər polisin üstünə gəldi…

Yolda qalan sərnişinlər polisin üstünə gəldi…

Mingəçevir Şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülərə qarşı reyd keçiriblər.

EL TV xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundan kənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomaşını idarə edən sürücülər saxlanılıb.

Alkoqollu içki qəbul edərək sükan arxasına əyləşən sürücülər barəsində də müvafiq tədbirlər görülüb.

Həmçinin sərnişindaşıma zamanı avtobusa nəzərdə tutulduğundan artıq sərnişin mindirən sürücülərə qarşıda cərimələr tətbiq olunub. Reyd zamanı avtobusda gözləməli olan sərnişinlər polisə narazılıqlarını bildiriblər, onlar avtobusdan düşərək polisdən açıqlama tələb ediblər.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın