Şənbə , Noyabr 28 2020
Ana səhifə / Araşdırma / Yol polisləri arasında cərimə yarışı

Yol polisləri arasında cərimə yarışı

Hansı yol polisi əməkdaşı dayanma-durma qaydalarının pozulması ilə bağlı daha çox inzibati protokol yazarsa, ona mükafat veriləcək.

“ Azinforum.az ” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Bölmə rəisinin sözlərinə görə, Bakı şəhər Yol Polisi İdarəsi “Azadinform” İnformasiya Agentliyi və “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı ilə birgə növbəti layihəyə start verib:

“Bu gün paytaxt yollarından sürücülük mədəniyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda yollardakı tıxaclar, qanunsuz parklamalar, sürət həddinin aşılması və s. yol hərəkəti qaydalarının pozulması ilə bağlı problemlər bütün cəmiyyəti narahat edir. Ona görə də layihə çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxtın inzibati ərazisində dayanma-durma və parklama qaydalarını pozan sürücülərə qarşı reydlər keçirəcək. May ayının 29-dək xidmət etdiyi ərazidə dayanma-durma və parklama qaydaları ilə bağlı maarifləndirmə işində fəal iştirak edən, eyni zamandan bu qaydaların pozulması ilə bağlı ən çox protokol yazan, eyni zamanda həmin protokollardan şikayət edilməyən yol polisi əməkdaşına 300 manat mükafat verləcək”.

V.Əsədovun sözlərinə görə, DYP əməkdaşlarının mükafatlandırılması mərasimi may ayının 29-da Beynəlxlaq Mətbuat Mərkəzində keçiriləcək.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın