Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Yerevanda 40 polis əməkdaşı yaralanıb

Yerevanda 40 polis əməkdaşı yaralanıb

Küçə döyüşləri nəticəsində dünən Yerevanda 40 polis əməkdaşı yaralanıb.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, Ermənistanın müxalif “Təsis məclisi”nin bir qrup fəalı Yerevanda polis idarəsinin binasını zəbt edib və bütün siyasi məhbusların azad olunmasını tələb edir.

Bir neçə gündür ki, Ermənistanda siyasi gərginlik hökm sürür. Ermənistan hakimiyyəti baş verənləri terrorçuluq halı kimi səciyyələndirir, halbuki, demokratik ictimaiyyət “Təsis məclisi”nin hərəkətlərini dəstəkləyir və müxalifətin liderlərindən biri Jirayr Səfilyanın və siyasi motivlər üzrə həbs edilmiş digər məhbusların azad olunmasını tələb edir.

Erməni hüquq müdafiəçilərinin məlumatlarına əsasən, son günlər ərzində ölkədə 300-dən çox siyasi fəal həbs olunub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın