Cümə axşamı , May 23 2019
Ana səhifə / Araşdırma / Xızıda həkimi öldürərək yandıran keçmiş polis işçisi olub?

Xızıda həkimi öldürərək yandıran keçmiş polis işçisi olub?

Bakının Xətai Rayon Polis İdarəsi tərəfindən iyunun 26-dan itkin düşmüş kimi axtarışa verilən Natəvan Əliyevanın qətlində şübhəli bilinən şəxs saxlanılıb.

ANS PRESS-in əldə etdiyi məlumata görə, qadını yandıraraq öldürməkdə şübhəli bilinən 34 yaşlı Samir Səməndər oğlu Əliyev Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Samir Əliyevin keçmiş polis işçisi olduğu bildirilir və o, Natəvan Əliyevanın keçmiş həyat yoldaşı olub.

Xatırladaq ki, 6 iyul gecə saat 01.30 radələrində Bakı – Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hisəsəsində yandırılmış naməlum qadın meyidi tapılıb.

Xızı rayonunun hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi operativ əməliyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti bir neçə saat içində müəyyən edilib. Meyidin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub.

34 yaşlı N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Onun üç uşaq anası olduğu bildirilir.

Qadının bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə polisə ərizə daxil olduğu da məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-ın Milli Demokratiya …

Bir cavab yazın