Ana səhifə / Araşdırma / “Vosmoy Elməddin” ləqəbli avtoritetə 8 il cəza istənildi

“Vosmoy Elməddin” ləqəbli avtoritetə 8 il cəza istənildi

Kriminal aləmdə “Vosmoy Elməddin” kimi tanınan Elməddin Fərzəliyevin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında məhkəmə istintaqı dövründə Elməddin Fərzəliyevin cinayət əməllərinin sübuta yetirildiyini bildirərək onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmədə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Vəkil çıxışında bildirib ki, təqsirləndirilən şəxsə qarşı verilən ittihamlar əsassızdır: “Məhkəmə istintaüında məlum oldu ki, zərərçəkmiş şəxs Qurbanəli Səfərov hadisə gününü düzgün təsvir etmədi. Yalançı şahidlər tutdu. Həmin şahidlər də məhkəmədə hadisəni görmədiyini dedilər. Narkotik ittihamı da müdafiə etdiyim şəxsə heç nədən verilib. Zərərçəkmiş deyir ki, Elməddin kriminal aləmin nümayəndələri ilə sıx əlaqələri olub və avtoritetlik edir. Lakin nə istintaq materiallarında, nə də məhkəmə dövründə bu barədə bir cümlə də qeyd edilmədi”.

Növbəti məhkəmə prosesi mayın 26-da davam edəcək. Elməddin Fərzəliyev Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə), 234-cü (narkotik) maddələri ilə təqsirli bilinir.

Zərərçəkmiş şəxs Qurbanəli Səfərov şikayətində bildirib ki, Elməddin Fərzəliyev Nizami rayonunda Neftçilər metrostansiyası yaxınlığındakı kafedə ondan 1000 manat pul tələb edib. Q.Səfərov 400 manat verdiyini söyləyib.

Məlumata görə Elməddin Səfərov kriminal aləmdə “Vosmoy Elməddin” kimi tanınır.

Qeyd edək ki, E.Fərzəliyev Səbail rayonu Badamdar qəsəbəsindəki “Bulaq” restoranında ötən il baş verən atışmadan sonra saxlanılıb. Həmin atışmada kriminal aləmlə əlaqəsi olan xeyli sayda şəxs saxlanılmışdı.

Həmçinin oxuyun

Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?

ABŞ-da uşaq və gənclərə məktəbi bitirənə qədər riyaziyyat dərsi keçirlər. Ancaq New York-da incəsənət təhsili …

Bir cavab yazın