Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / “Vidadi Zeynalovun şirkətinə 800 min manat köçürdük”

“Vidadi Zeynalovun şirkətinə 800 min manat köçürdük”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə yeni məqamlar ortaya çıxır. Lent.az ittiham aktının maraq doğuran məqamlarını təqdim edir.

Cinayət işi üzrə şahid qismində ifadə verən “AzEvrotel” MMC-nin direktoru Cabit Rəsulov 2011-ci ildən adı çəkilən MMC-ə rəhbərlik etdiyini deyib: “Cəmiyyətin səhmləri əvvəllər 50 faiz olmaqla “Luk Oil Avropa” şirkətinə, 50 faiz isə Azərbaycan Respublikası Rabitə Nazirliyinə məxsus olub. Sonradan isə öhdəlikləri yerinə yetirə bilmədiyimizdən öz payımızdan imtina etmişik. “AzEvrotel” MMC nizamnaməyə əsasən telefon çəkilişləri, internet xətlərinin çəkilişləri, banklar arasında rabitə sistemi olan SVİFT-in təşkili, beynəlxalq şəhərlərarası telefon rabitə xidməti, simsiz rabitə xidməti və başqa geniş zolaqlı rabitə xidmətlərini həyata keçirib. Göstərilmiş xidmətlərə görə abonentlər tərəfindən ödənilən bütün xidmət haqları cəmiyyətin hesabına ödənilib, cəmiyyət tabeçilik qaydasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə tabe olub”.

Cabit Rəsulov ifadəsində bildirib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən rabitə qurğularının təmiri və tikintisi ilə əlaqədar əsaslı işlər görülməyib. “O cümlədən “AzEvrotel” MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması işləri tam aparılmadı. Lakin Beytulla Hüseynovun göstərişi ilə görülən işlərin dəyəri olaraq onun özünə yaxın olan müəssisələrin hesabına pul vəsatiləri köçürdük. O, cümlədən Beytulla müəllimin göstərişi ilə “PLZ” MMC-nin hesabına 800 min manat məbləğində pul vəsaitini köçürdük. Sonradan isə həmin cəmiyyətin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalova məxsus olduğunu bildim. Cəmiyyət üzrə görülmüş kimi sənədləşdirilmiş bütün işlərə birliyin direktoru Beytulla Hüseynovun göndərdiyi şəxslər nəzarət edirdi. Yəni görüləsi işlər cəmiyyətin direktoru tərəfindən görülmüş kimi sənədləşdirilsə də faktiki olaraq işləri Beytulla Hüseynov özü gördürüb, gördüyü bütün işləri, o cümlədən mal- material aldıqları təşkilatları B.Hüseynov özü müəyyən etdirdi”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın