Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Araşdırma / Vidadi Zeynalovun məhkəməsində mübahisə düşdü: “Xoşun gəlmirsə, get, şikayət elə…”

Vidadi Zeynalovun məhkəməsində mübahisə düşdü: “Xoşun gəlmirsə, get, şikayət elə…”

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan məhkəmə prosesinin təxirə salınmasının yenə də təqsirləndirilənlərdən “Təmir Təchizat Servis” MMC-nin direktoru olmuş Bayram Vəliyevin iştirak etməməsi olub. Hakim bu səbəbdən də məhkəmənin təxirə düşdüyünü elan edib. Bu zaman “Aztelekom”un sabiq sədri Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev hakimə etiraz edib. Və bu zaman tərəflər arasında mübahisə düşüb.

Vəkil Ş.Rəfiyev prosesin uzadılmasına etiraz edib: “Nə vaxta qədər proses təxirə düşəcək? Bir arayış verin, bunun səbəbini bilək. Burda digər təqsirləndirilən şəxslər, vəkillər də gəlib, gedirlər. Onların hüquqları pozulur. Əziyyət çəkirlər. Xahiş edirəm, buna münasibət bildirəsiniz”.

Hakim isə deyib ki, Bayram Vəliyev nə vaxt gələcəksə, proses o zaman baş tutacaq. Hakim vəkilə müraciətində deyib: “Xoşum gəlmirsə, get şikayət elə”.

Məhkəmə prosesi aprelin 19-a qədər təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Həmçinin oxuyun

“Milli Onkologiya Mərkəzinə hər gün 1 200 nəfər müraciət edir” – Direktor müavini

“Tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir. Yəqin ki, bu məsələyə baxılacaq”. “Report” xəbər verir …

Bir cavab yazın