Şənbə , Avqust 8 2020
Ana səhifə / Araşdırma / Vannada narkotik bitki əkən narkoman saxlanılıb – VİDEO

Vannada narkotik bitki əkən narkoman saxlanılıb – VİDEO

Qaxda narkotik tərkibli bitkiləri öz həyətində əkib-becərən şəxs tutulub.

Onun evindən 116 ədən çətənə bitkisinin kolu götürülüb.

Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində evində narkotik tərkibli bitkilər əkib-becərən 31 yaşlı şəxs saxlanılıb. Saxlanılan Elşən Musayev yabanı halda bitmiş çətənə bitkilərinin toxumlarını Qanlı Qobu adlanan ərazinin yaxınlığındakı sahələrdən yığdığını bildirib. Həmin toxumları 2017-ci ilin martında yaşadığı fərdi yaşayış evinin həyətində dəmir vannada aqrotexniki qaydada qulluq edərək yetişdirib. Onun sözlərinə görə, narkotik vasitə istifadəçisidir və şəxsi istifadəsi üçün bu əmələ əl atıb.

Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb və Qax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri götürülüb.

Həmçinin oxuyun

“Azərxalça” sədrinin milyonluq villası tapıldı – Foto

“Azərxalça” ASC-nin sədri Vidadi Muradovun Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsi 517-523 ünvanında yerləşən villasının …

Bir cavab yazın