Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Vəkillər Taleh Bağırov və Fuad Qəhrəmanlıya bəraət istədi

Vəkillər Taleh Bağırov və Fuad Qəhrəmanlıya bəraət istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli, Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova və Taleh Bağırovun vəkili Yalçın İmanov çıxış ediblər.

Onlar ittihamın əsassız olduğunu, sübuta yetirilmədiyini, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi olmadığını deyiblər. Vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər.

Proses yanvarın 11-də davam edəcək.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın