Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Araşdırma / Ukraynada girov götürülən azərbaycanlı iş adamı azad olundu

Ukraynada girov götürülən azərbaycanlı iş adamı azad olundu

Ukraynada girov götürülən azərbaycanlı iş adamı azad edilib.

APA xəbər verir ki, 1977-ci il təvəllüdlü Eldar İsgəndərov paytaxt Kiyev şəhərində yaşadığı mənzilin qarşısında oğurlanıb.

Bir müddət sonra E.İsgəndərov qohumlarının səyi nəticəsində pul müqabilində azad olunub.

Xatırladaq ki, son bir neçə ildə Ukraynada azərbaycanlı iş adamlarının və övladlarının oğurlanaraq pul müqabilində azad olunmaları faktları aşkarlanıb. Bununla bağlı ötən ilin sentyabrın 14-də Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər, erməni əsilli nazir Arsen Avakovu baş verənlərlə bağlı ittiham ediblər. Bunun ardınca Azərbaycanın baş prokuroru Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya müraciət edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda bildirilirdi ki, Ukrayna Baş Prokurorluğu bununla bağlı ölçü götürəcəyini bəyan edib. Lakin indiyədək fakta dair cinayət işi başlanmayıb, araşdırma aparılmayıb.

Həmçinin oxuyun

“Azərbaycanda mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir” – ŞOK İDDİA

“Azərbaycanda istifadə olunan buğda 4-5-ci sinifə aiddir. Aşağı keyfiyyətli buğda olduğu üçün, həmin buğdanın qiyməti …

Bir cavab yazın