Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / Ukraynada azərbaycanlıları güllələdilər

Ukraynada azərbaycanlıları güllələdilər

Ötən şənbə günü eyni vaxtda Ukraynanın iki şəhərində azərbaycanlılara atəş açılması ilə nəticələnən silahlı toqquşma baş verib.

Kiyevdə Taras Şevçenko bazarı ərazisində özünü “ATO döyüşçüsü” elan edən dəstə üzvləri ilə yerli ticarətçilər arasında münaqişə olub.

Virtualaz.org bildirir ki, bu barədə “Operativ Kiyev” yazıb. “ATO döyüşçüləri” söhbəti çox uzatmadan silaha əl atıblar. Nəticədə bir neçə ticarətçi yaralanıb və xəstəxanaya aparılıb.

“Şevçenko bazarı ərazisində ukraynalılarla azərbaycanlılar arasında “razborka” olub, silah tətbiq edilib, yaralananlar var”, -deyə dtp.kiev.ua yazıb.

Hadisə yerində polis və operativ qrup işləyir. Qanun qoruyucuları münaqişənin səbəblərini müəyyənləşdirirlər.

Digər toqquşma Nikolayev şəhərinin mərkəzində, Sobornaya və Admiralskaya küçələrinin kəsişməsində baş verib. Münaqişə iştirakçıları sahənin qazonunda atəş açıblar. Online.ua-nın xəbərinə görə, atışma nəticəsində azərbaycanlılar zərər çəkiblər.

Polisdən bildirilib ki, üç nəfər xəstəxanaya gətirilib. Onlardan biri dünyasını dəyişib.

İnsidentlərin səbəbi araşdırılır.

Hər iki fakt üzrə cinayət işi açılıb.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın