Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Türkiyədə hərbi helikopter qəzaya düşdü – 13 şəhid+ Yenilənib

Türkiyədə hərbi helikopter qəzaya düşdü – 13 şəhid+ Yenilənib

Türkiyənin Şırnak vilayətində hərbi helikopter qəzaya düşüb.

“ Azinforum.az ” ın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Şırnak 23-cü Sərhəd Divizya Komandirliyindən havaya qalxan “Cougar” tipli hərbi helikopter 3 dəqiqə sonra İraqla sərhəddə yerləşən Şenoba bölgəsində radarlardan itib.

Şırnak Valiliyinin açıqlamasında bildirilir ki, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb.

Hadisənin baş verdiyi əraziyə xilasedicilər cəlb olunub.

***

“Milliyet” xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə saat 19:47-də qeydə alınıb.

Helikopterin göyərtəsində 23-cü Sərhəd Diviziya Komandirliyinin komandiri, general Aydoğan Aydın, polkovnik və podpolkovniklər də olub.

Hadisə nəticəsində şəhidlərin olduğu bildirilir.

***

“Cnnturk”un məlumatına görə, baş nazirin köməkçisi Mehmet Şimşek Tvitter hesabında insidentlə bağlı açıqlama yayıb: “Şırnakdan kədərli xəbər gəldi. Allah şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun”.

***

“İHA”nın xəbərinə hörə, helikopterin qəzaya düşməsi nəticəsində 13 əsgər şəhid olub.

***

“Hurriyet”in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri (TSK) helikopterin göyərtəsində 13 nəfərin olduğunu və onların hamısının həlak olduğunu açıqlayıb.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın