Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Tofiq Yaqubluya xəbərdarlıq edildi

Tofiq Yaqubluya xəbərdarlıq edildi

Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb.
Bu barədə APA-ya T. Yaqublunun özü məlumat verib. O bildirib ki, idarədə baş prokurorun müavini Rüstəm Usubov və müstəntiq Nadir Mirzəyevlə görüşüb, ona xəbərdarlıq edilib: “Rüstəm Usubov mənə dedi ki, mətbuata müsahibələrimdə müəyyən yanlışlıqlara yol vermişəm. “Yeni Müsavat” qəzetinə müsahibəmdə dini məsələlərlə bağlı fikirlərimə etiraz etdi ki, mən milli və dini ayrı-seçkilik salmaq istəmişəm. Ancaq həmin müsahibədə texniki səhv olmuşdu. Mən də öz növbəmdə dedim ki, bu məqsədlə fikir bildirməmişəm. Sonra xəbərdarlıqla bağlı mətni imzaladım”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın