Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Terrorçunun tutulduğu evdən nələr çıxdı? – İlginc məqamlar – Foto

Terrorçunun tutulduğu evdən nələr çıxdı? – İlginc məqamlar – Foto

Yeni il gecəsi İstanbulda “Reina” gecə klubuna silahlı basqın edərək 39 nəfəri öldürən terrorçu tutulan zaman onun qaldığı evdən 197 min ABŞ dolları, Liviya, İraq pulu və iki silah ələ keçirilib. 
 
Musavat.com-un məlumatına görə, evdə qadınlara aid olduğu ehtimal edilən kosmetik vasitələr və idman salonuna ödənilən pulun qəbzi diqqət çəkib. Törətdiyi qətliamdan 17 gün sonra tutulan 34 yaşlı Abdulqadir Maşaripovun Pakistanda və Əfqanıstanda iki il təlim keçdiyi məlum olub. Onun 2016-cı ilin yanvarında qaçaq yolla İrandan Türkiyəyə gəldiyi təxmin edilir. Bir müddət ailəsi ilə Konya şəhərində qalan Maşaripov dekabrın 16-da İstanbula yollanıb. “Reina” əyləncə məkanında qətliam törətdikdən sonra terrorçu Zeytinburnuna gedib.
Bir müddət Zeytinburnunda qalan terrorçu polisin əlindən son anda xilas ola bilmişdi. Belə ki, hadisədən iki gün sonra Zeytinburnunda bir evə basqın edən polislər burada qanlı siqaret qutusu və hələ yanmağa davam edən siqaret kötüyü tapmışdı. Siqaret kötüyündəki izlərlə evdəki silah və geyimləri qarşılaşdıran polislər siqaret kötüyünün terrorçuya aid olduğunu üzə çıxarmışdı.
Terrorçu isə buradan Esenyurddakı adresə üz tutub. Maşaripovun ələ keçməsi üçün ümumilikdə 152 əməliyyat təşkil olunub və 218 nəfər saxlanılıb. Eyni zamanda İŞİD-ə aid olan 20 hücrə evinə basqın edilib. Bu müddətdə terrorçu ilə bağlı polisə 2 min 142 zəng gəlib. Polisin ən son əməliyyat keçirtdiyi evdə iki kişi və üç qadın tutulub.
Maşaripovla birlikdə tutulan kişinin iraqlı olduğu üzə çıxıb. Tutulan qadınların isə Seneqal, Somali və Misir vətəndaşı olduğu bildirilir. Əməliyyatdan sonra polislər evdə 6 saat araşdırma aparıblar. Evdən tapılan market çeklərindən məlum olub ki, hər gün evdən çıxmamaq üçün bazarlıq böyük məbləğlərdə edilirmiş. Evdən çox sayda elektrik lampasının çıxması da bu ehtimalı gücləndirir.
 
Qeyd edilir ki, Maşaripov tutulan zaman oğlu yanında olmayıb. 4 yaşlı uşağın harada olduğu məlum deyil.
 
 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın