Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “Telefonumda danışıqları yazan proqram var, qulaq assanız…” – MTN işi

“Telefonumda danışıqları yazan proqram var, qulaq assanız…” – MTN işi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə baxış iclası baş tutub.

İclasda ifadə verən zərərçəkmiş, fəlsəfə üzrə elmlər doktoru, BDU-nun Fəlsəfə kafedrasının dosenti Aybala Namazova deyib ki, ondan 35 min manat pul alaraq axşama qaytaracaqlarını vəd ediblər.

Zərərçəkən Əkbər Orucov deyib ki, qohumu Anar İsmayılov vasitəsilə V.Güləlini tanıyıb: “Anar təklif etdi ki, oğlumu polisə düzəldək. “ÇUM”un yanında görüşdük, Nicat dedi özü Ədliyyə Nazirliyində işləyir. Vüqar müəllim də özünü Namaz Əliyev kimi təqdim edib Daxili İşlər Nazirliyində işlədiyini dedi. Əvvəl Anara 6 min verdim, sonra da onların dediyi taksi sürücüsünə 2 min verdim. Vəd verdikləri iş alınmadı, puldan da cəmi 2 min manat qaytardılar”.

Zərərçəkən Misir Umudov deyib ki, əsgərlik yoldaşı Hümmət ona oğlunu MTN Akademiyasına düzəltməyi vəd edib: “2015-ci ilin mart-aprel ayında 10 min dollar bankdan kredit götürərək bunlara verdim. Oğlum hərbi məktəbə getmək istəyirdi, Hümmət dedi hələ uşağa demə, ona sürpriz edərik. Sonra da nə iş alındı, nə də pulu qaytardılar”.

Təqsirləndirilən Nicat Əliyev ifadə verib: “Mən cəzaçəkmə müəssisəsində işləmişəm, məhkumların İrana “perevod” olunması məsələsi elə də çətin bir şey deyil. Sadəcə arada mənə pul lazım olurdu, 5500 almışam. Ədalət Əkbərovdan dustaqları İrana “perevod” etmək üçün 30-35 min manat alıb Vüqara verdim. Ədalət bu işdən pul qazanacaqdı. Alınan pulların məbləğlərində Vüqarı aldatmışam, xəbəri olmayıb. Pulların 92 min manatını qayınatama vermişəm. Mən zərərçəkənlərə dəyən ziyanı qaytarmağa hazıram, amma şişirdilmiş məbləğdə yox”.

Digər təqsirləndirilən,17 saylı cəzaçəkmə müəssisəsinin mühafizə rəisi işləmiş Anar İsmayılov deyib ki, bacanağı Əkbər Orucovgilə qonaq gedəndə oğlunun polisdə işə düzəldilməsi barədə söhbət düşüb: “Mən dedim istəsəz bu məsələni tanışlarım həll edə bilərlər, razılaşdılar. Mənim bu işdə 1 manat təmənnam olmayıb. Vüqar müəllimi Namaz Əliyev adı ilə tanımışam. Mənim telefonumda danışıqları yazan proqram var, orda da qulaq asanda biləcəksiniz ki, söhbətlərimiz necə olub”.

Qeyd edək ki, V.Güləliyev və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib.

V.Güləliyev ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin rəisi işləyib, daha sonra nazirlikdə İranla iş üzrə şöbənin rəisi olub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın