Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Sumqayıtda 22 yaşlı qız itkin düşüb – Atası 5 gündür onu axtarır + Video

Sumqayıtda 22 yaşlı qız itkin düşüb – Atası 5 gündür onu axtarır + Video

Sumqayıtda 22 yaşlı qız itkin düşüb.

“ Azinforum.az ” ın Xezerxeber.az-a istinadən məlumatına görə, atası ilə birgə Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada yaşayan Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur.

Anası Əfsanəni bələkdə olarkən atasına verib və evi tərk edib. O gündən Səfər Əsədov qızına həm ata, həm də ana olub.

Fəhləliklə böyütdüyü qızı isə 5 gündür atasının gözünü yolda qoyub.

Əlacsız qalan ata aidiyyatı qurumlardan kömək istəyir. Övladının tez bir zamanda tapılması üçün o hər gün müraciət etdiyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə maraqlandığını deyir. Lakin hələ ki, heç bir müsbət cavab ala bilmir. Qızın yoxa çıxması qonşuları da narahat edir.

Məsələ ilə bağlı Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə əlaqə saxlanılıb.

Bölmədən məlumat veriblər ki, 22 yaşlı Ə.Əsədovanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

 

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın