Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Öldürülən aktyorun xanımı hamilə imiş

Öldürülən aktyorun xanımı hamilə imiş

Xəbər verdiyimiz kimi, məşhur aparıcı-aktyor Vatan Şaşmaz keçmiş sevgilisi Filiz Aker tərəfindən öldürülüb. “Qafqazinfo” xəbər verir ki, Türkiyənin “Hüriyyet” qəzeti qətlin təfərrüatı barədə məlumat dərc edib. 

F. Akerin bacısı qızı Dora Altınbaşak hadisə ilə bağlı açıqlama verib. O, xalasının V. Şaşmazı platonik olaraq sevdiyini söyləyib:

“Kafedə idik, oturub söhbət edirdik. Deyirdi ki, çox xoşbəxtəm, ancaq mənim xoşbəxtliyim səni kədərləndirə bilər. Sonra yarım saatlıq oteldə otağa çıxacağını, bir dostuyla görüşəcəyini söylədi. Daha sonra ona zəng vurdum, dedi ki, bir neçə dəqiqə sonra aşağı düşəcəm. Sonra telefonuna zəng çatmadı.

Otağına getdim, qapı bağlı idi. Mühafizə xidmətinin köməyi ilə qapını açdıq. Vatan yerdə uzanmışdı. Xalamla onun keçmişdə münasibəti olub. Ancaq indi aralarında heç bir şey yox idi. İllərdir platonik olaraq onu sevirdi. Vatanın burada heç bir günahı yox idi. Mən həmişə ona deyirdim ki, xala ağlını başına al. Ancaq o, “arvadını boşayıb mənimlə evlənməlidir” deyirdi”.

Bundan əlavə, məşhur aparıcının xanımı Yasemin Adalının 4 aylıq hamilə olduğu da məlum olub. Ailəsi ilə birgə Tarsusda tətildə olan Y. Adalı təcili olaraq İstanbula qayıdıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın