Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Seymur Baycan Elnur Astanbəylini məhkəməyə verir

Seymur Baycan Elnur Astanbəylini məhkəməyə verir

Yazıçı Seymur Baycan şair-jurnalist, köşə yazarı Elnur Astanbəylini məhkəməyə verir. Bu barədə Kulisə yazıçı özü məlumat verib.

O bildirib ki, Elnur Astanbəyli öz yazılarında onun fikirlərini dəfələrlə ya “adını unutduğum müəllif”, ya da başqa adla verib: “Neçə dəfə zəng eləyib demişəm ki, o fikir mənə məxsusdur, vecinə almır. Axırıncı dəfə mənim sözümü Yalçın İslamzadənin adına yazıb. Zəng elədim ki, o fikri “Yazı mədəniyyəti” adlı yazımda yazmışam. Bu adamda ya yaddaş pozuntusu var, ya da qəsdən belə edir. Sonuncu dəfə xəbərdarlıq elədim. Dedim, bir də belə hal təkrar olunsa neçə illik münasibətimizə baxmayaraq məhkəməyə verəcəm”.

Seymur Baycan məhkəmədə təzminat kimi 1 manat istəyəcəyini söyləyib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın