Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / Şairin qardaşı bıçaqlandı

Şairin qardaşı bıçaqlandı

Tanınmış şair Faiq Balabəylinin qardaşı Rəfael Səfərov bıçaqlanıb.

” Azinforum.az ” xəbər verir ki, bu haqda Axar.az-a məlumat verən Faiq Balabəylinin sözlərinə görə, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində baş verib.

Həmkəndlisi, 41 yaşlı Akif Kərəm oğlu Heydərov gecə 23:30 radələrində 43 yaşlı Rəfael Ağaş oğlu Səfərovu evindən çağıraraq, ondan çayxana işlətdiyinə və fermer təsərrüfatı olduğuna görə aylıq haqq tələb edib. R.Səfərov etiraz edəndə isə iki bıçaq zərbəsi endirib.

R.Səfərov gecə ilə Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyata qaldırılan R.Səfərovun dalağı götürülüb.

R.Səfərovun vəziyyəti hazırda ağır-stabildir.

F.Balabəylinin sözlərinə görə, gecə ilə həbs olunan A.Heydərov bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Cəlilabad polisi faktla bağlı araşdırma aparır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın