Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Saday Şəkərlinin həbsinin sifarişi Vergilər Nazirliyindən verilibmiş – MÜRACİƏT

Saday Şəkərlinin həbsinin sifarişi Vergilər Nazirliyindən verilibmiş – MÜRACİƏT

Şair Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsi Rüstəm Usubova müraciət edib.
Dia.az-a daxil olan müraciətdə deyilir:
“Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov cənablarına Şair Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin müraciəti!
Hörrmətli Rüstəm müəllim! Məlumat üçün bildiririk ki, dəyərli söz adamı, 14 kitabın müəllifi, Rusiya Yazıçılar İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin üzvü Saday Şəkərli 2 ay əvvəl Vergilər Nazirliyində şərlənərək həbs olunmuşdur. Bu müddət ərzində Rusiya Yazıçılar İttifaqının dünyaca məşhur 50 üzvü, Başqırdıstan Yazıçılar Birliyinin nümayəndələri şairin həbsdən buraxılması üçün ölkə Prezidenti cənab İlham Əliyevə xahişlə müraciət etmişlər. Eyni zamanda Rusiya Xarici işlər Nazirliyi şairin həbsi ilə bağlı Bakıdakı səfirliyi vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərmişdir. Nəzərinizə çatdırırıq ki, məsələ ilə əlaqədar Azərbaycanda da Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsi yaradılmış və qurumun tərkibində ölkənin sayılıb-seçilən ziyalıları – 70-ə yaxın ictimai-siyasi xadim, şair və yazıçı cəmləşmişdir. Bu müddət ərzində Müdafiə Komitəsinin üzvləri də müxtəlif instansiyalara çoxsaylı müraciətlər göndərmişlər. Təəssüf ki, bu müraciətlərin heç birinə hələ də münasibət bildirilməyib. Onu da qeyd edək ki, hər şey şairin son avtobioqrafik “Qurd ürəyi” romanından sonra baş vermişdir. Kitabın siqnal nüsxələri çap olunduqdan sonra yazar Vergilər Nazirliyinə çağırılmış və guya hədə-qorxu gəlməklə külli miqdarda rüşvət tələb etmə maddəsi ilə həbs olunmuşdur. Sizdən artıq dərəcədə xahiş edirik: şairin haqsız həbs olunması ilə bağlı ya Müdafiə Komitəsinin bir neçə üzvünü, ya da Saday Şəkərlinin həyat yoldaşını qəbul edib məsələnin əsl mahiyyətini aydınlaşdırasınız. Qabaqcadan təşəkkürümüzü bildiririk!”

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın