Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Sabiq “JEK” müdiri 10 il cəza aldı- 400 minlik dələduzluğa görə

Sabiq “JEK” müdiri 10 il cəza aldı- 400 minlik dələduzluğa görə

Sabiq “JEK” müdirinə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Quliyev Namiq Ədalət oğlu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 400 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə Namiq Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Namiq Quliyev Nərimanov rayonunda yerləşən “JEK”lərdən birində rəis olub.

N.Quliyev torpaq sahələrinin özəlləşdirilməsi adı ilə vətəndaşlardan 400 min manat alıb. Sabiq JEK müdiri vədinə əməl etməyərək vətəndaşlara qarşı dələduzluq edib.

Qeyd edək ki, Namiq Quliyev Cinayət Məcəlləsinin 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın