Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Şəmkir-Gədəbəy yolunda qəza: 4 nəfər xəsarət aldı

Şəmkir-Gədəbəy yolunda qəza: 4 nəfər xəsarət aldı

Bu gün Şəmkir-Gədəbəy avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, qəza yolun 13-cü km-də qeydə alınıb.

“Niva” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın