Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Şəbnəm qəzaya düşdü – Əri klinikada dalaşdı

Şəbnəm qəzaya düşdü – Əri klinikada dalaşdı

Müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb. 

” Azinforum.az ” big.az-a istinadən xəbər verir ki, hadisə bu gecə sənətçi Gəncədən Bakıya qayıdarkən baş verib. Qəflətən qarşılarına çıxan “VAZ 07” avtomobili ilə toqquşan “Mercedes Viano” maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərərçəkmişlərdən – sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı – müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

***

Xalası Şəbnəmin səhhəti ilə bağlı axşam.az-a açıqlama verib:

“Hazırda xəstəxanadadılar. Həyat yoldaşı Hacı da buradadır. Bütün personalı töküb bura. Həkimlər Şəbnəmi şok vəziyyətindən çıxara biliblər. Vəziyyəti yaxşılığa doğru gedir”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın