Cümə , İyul 19 2019
Ana səhifə / Araşdırma / Səfər Əbiyevin müavininin məhkəməsi baş tutmadı

Səfər Əbiyevin müavininin məhkəməsi baş tutmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin veridyi məlumata görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə sabiq nazir müavininin vəkilinin çıxışı olmalı idi.

Lakin M.Səlimovun vəkili Ağaveyis Şahverdi prosesə gəlmədiyi üçün məhkəmə iclası baş tutmayıb. Proses oktyabrın 16-dək təxirə salınıb.

İttihama görə, 2006-cı ildən başlayaraq M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib.

Təqsirləndirilən şəxsə qarşı qanunsuz sahibkarlıq, mənimsəmə və digər maddələr üzrə ittiham irəli sürülüb.

1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İttihama əsasən, Mehman Səlimov tamah məqsədi ilə qulluq səlahiyyətlərindən istifadə edib. O, təsis etdiyi bina, yaşayış evlərinin, qurğuların tikintisi və sair işlər həyata keçirən “STŞ” MMC-nin rəhbəri olaraq Müdafiə Nazirliyinin müxtəlif obyektlərində aparılacaq əsaslı təmir-tikinti və rekonstruksiya işləri ilə əlaqədar Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.

Nazirliyin onun “Texnikabank”da olan hesabına köçürülmüş külli miqdarda pul vəsaitinin xərclənmə təyinatını qəsdən saxtalaşdıraraq qəbul aktlarına yalan məlumatlar daxil edib, imzalamaqla 714555 manat pulu öz xeyrinə istifadə edib.

Hərbi şəhərcikdə tikintisi aparılacaq 3 mərtəbəli yaşayış binasının və 800 nəfərlik yeməkxana binasının layihə-smeta sənədlərinin hazırlanmasına 23 min 600 manat nəzərdə tutulduğu halda, görülmüş işlərin qəbul aktlarında həmin məbləği 93 min manat göstərməklə 69 min 400 manat, habelə hərbi şəhərcikdə su anbarı, nasosxana binasının tikintisi və avadanlıqlarının quraşdırılması eskiz və işçi layihəsi sənədlərinin hazırlanmasına ümumilikdə 8 min manat vəsait nəzərdə tutulduğu və ödənildiyi halda təqsirləndirilən şəxs həmin məbləği 40 min manat göstərməklə 32 min manat və bu kimi digər qanunsuz hərəkətləri ilə ümumilikdə 1milyon 205 min 265 manat məbləğində ona etibar edilmiş pul vəsaitlərini mənimsəmə yolu ilə talayıb.

Bundan əlavə, Mehman Səlimov MMC-nin rəhbəri qismində vergi uçotunda duran şəxs kimi görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 95 min 889 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Qeyd edək ki, Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, baş qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.

Həmçinin oxuyun

Avtobus sürücüsü sükan arxasında narkotik qəbul edib?

İyun ayının 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində …

Bir cavab yazın