Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Rüşvət alan direktorun işinə Şirvanda baxılacaq

Rüşvət alan direktorun işinə Şirvanda baxılacaq

Bu gün Bakıda, Nizami Rayon Məhkəməsinin inzibati binasında 160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Amil Dosiyev rəhbərlik edib. İclas təxirə salınıb, məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək.

Məhkəmə kollegiyası işin baxılma yeri ilə bağlı yeni qərar verib. Belə ki, növbəti iclas Şirvan Apellyasiya Məhkəməsində olacaq.

Xatırladaq ki, 3 hakim Əlihəsən Həmzəyevlə bağlı qərar vermək üçün Bakıya ezam olunmuşdu.

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın