Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Rusiyada azərbaycanlının divanının altından milyonlarla pul çıxdı

Rusiyada azərbaycanlının divanının altından milyonlarla pul çıxdı

Rusiyanın Naxodka şəhərində 41 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. O, iri həcmdə narkotik vasitələri satmaqda şübhəli bilinir.

Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, həmin şəxs Postışev küçəsində “Toyota Aksio” maşınında narkotika satarkən saxlanılıb.

Onun saxlanılması üzrə əməliyyata iqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə, cinayət axtarışı, DAM mütəxəssisləri və kinoloqlar cəlb edilib.

Saxlanılan şəxsin yaşayış yeri və şəxsi əşyaları yoxlanılan zaman dəlillər, eləcə də üç milyon rubldan çox (39300 dollar) pul müsadirə edilib.

Narkodiler pulları divanda gizlədirmiş. Bu qəbildən olan cinayətlərə görə, daha öncə onun həyat yoldaşı mühakimə edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın